• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərsu” kütləvi zəhərlənmə ilə əlaqədar açıqlama yayıb

“Azərsu” kütləvi zəhərlənmə ilə əlaqədar açıqlama yayıb
28.05.2020 21:30
"Azərsu” ASC Sumqayıtda baş verən kütləvi zəhərlənmə ilə əlaqədar açıqlama yayıb.

Anews.az xəbər verir ki, "Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinin rəhbəri Anar Cəbrayıllı APA-ya açıqlamasında bildirib ki, hadisənin baş verməsi barədə məlumat daxil olduqdan sonra dövlət müəssisəsinin ekspertləri hadisə yerinə cəlb olunub və araşdırmalara başlayıb: "Hadisənin baş verdiyi Zeynalabdin Tağıyev qəsəbəsi və ətraf ərazilərdən bir neçə nümunə götürülüb. İlkin araşdırmalar suyun tərkibində heç bir dəyişikliyin olmadığını, mayenin norma və standartlara cavab verdiyini üzə çıxarıb. Buna baxmayaraq, araşdırma və təhlillərimiz davam edir”.

A.Cəbrayıllı əlavə edib ki, Z.Tağıyev qəsəbəsinin su təchizatı Xaçmazdan çəkilən boru ilə təmin olunur. "Əhali arasında belə bir fikir var ki, həmin əraziyə su Ceyranbatan su anbarından verilir. Lakin bu belə deyil. Adıçəkilən qəsəbəyə su Xaçmazdan çəkilən boru vasitəsilə verilir. Bununla yanaşı, Sumqayıt şəhərinin, Ceyranbatan qəsəbəsinin, Abşeron rayonunun bir hissəsinin su təchizatı məhz da bu boru vasitəsilə həyata keçirilir. Buna görə, hadisənin məhz bir ərazidə baş verməsi maraqlıdır”, - deyə o bildirib.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol