Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsindən azad olunub – FOTOLAR

Təhsil Nazirliyinin Aparat rəhbəri Fariz Rzayev vəzifəsindən azad olunub.
Anews.az-ın report-a istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Belə ki, F.Rzayev Birinci vitse-prezidentin Katibliyinin rəis müavini vəzifəsinə təyinat alıb.
"Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə isə hələ ki təyinat olmayıb”, - deyə C.Valehov əlavə edib.
Xatırladaq ki, F.Rzayev Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə bu ilin yanvar ayında təyin olunmuşdu.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























