• $
  • €
  • ₽
  • ₺
  • £

Əziz Sancar: “Türk dünyasına olan borcumu ödədim”

Əziz Sancar: “Türk dünyasına olan borcumu ödədim”
12.06.2017 16:40
"Yaxşı ki, yuxulu olanda nə dediklərimi qeydə almayıblar”

"40 il üzərində çalışdığım işə Nobel mükafatı vermədilər. Bunun üçün çox təəssüflənmişdim. Sonra DNA sahəsində tədqiqatlarına görə kimya üzrə Nobel mükafatına layiq görüldüm. Bu da mənim üçün çox özəl idi”.

"Report”un xəbərinə görə, bunu kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Əziz Sancar Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən "Əziz Sancar: Bir elm fədaisinin həyat hekayəsi” adlı konfransda çıxışında deyib.

"Məndən "nə zaman Nobel mükafatı alacaqsan” soruşanda deyirdim ki, nə zamansa bunu alaram ya yox bilmirəm. Kəşf etdiyim icadları kimsə bilmirdi. Lakin Nobel mükafatı alandan sonra hər kəs bildi”, - Sancar əlavə edib.

Onun sözlərinə görə, Nobel mükafatına layiq görülməsi barədə xəbəri vermək üçün səhər saat 5-də İsveçdən zəng ediblər: "Telefonun dəstəyini həyat yoldaşım götürdü. Ona dedilər ki, Əziz Sancarla danışmaq istəyirik.

Yoldaşım da dedi ki, Sancar indi yatır və sizinlə danışmaz, ona görə də nə sözünüz və mənə deyin. Onlar da israr etdi ki, özü ilə danışmalıyıq. Nəhayət yoldaşım məni oyatdı və yuxulu halda nə dediklərini bir az gec başa düşdüm və sonda təşəkkürümü bildirdim. Yarım saat vaxtım var idi və hazırlaşıb getdim. Sonra müsahibə verəndə artıq yuxudan tam şəkildə oyanmışdım. Yaxşı ki, yuxulu olanda nə dediklərimi qeydə almayıblar.
 
Hesab edirəm ki, türk dünyasına olan borcumu ödədim.

Nobel mükafatından sonra Türkiyədə adıma poçt markası hazırlandı. Eyni zamanda, ölkədə çizgi film qəhrəmanı yaratdılar. Hər gün işlədiyim universitetdə mənim barədəmdə danışırdılar. Qızım də zarafatla deyirdi ki, hər gün bunları eşitməkdən yoruldum və Nyu-Yorka gedirəm, amma orda da mənim şəkillərimi mərkəzi küçələrdə görürdü. Deyirdi ki, nə qədər uzaqlaşsam da mənimlə gəlirsən”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol