• $
  • €
  • ₽
  • ₺
  • £

Heydər Əliyev Fondu Cibuti Respublikasına tibbi avadanlıqlar göndərib – FOTOLAR

Heydər Əliyev Fondu Cibuti Respublikasına tibbi avadanlıqlar göndərib – FOTOLAR
12.06.2017 20:40
Heydər Əliyev Fondu Cibuti Respublikasının Səhiyyə Nazirliyinə tibbi avadanlıqlar hədiyyə edib.

Anews.az xəbər verir ki, bununla əlaqədar Cibuti Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Xəstəxanasında tibbi avadanlıqların təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi humanitar layihələr haqqında məlumat verilib. Bildirilib ki, bu layihələr çərçivəsində Cibuti Mərkəzi Xəstəxanasının pediatriya şöbəsi 10 adda tibbi avadanlıqla təmin olunub və bu aksiya ölkənin səhiyyə sisteminin inkişafına, eləcə də, ikitərəfli münasibətlərin genişlənməsinə öz töhfəsini verəcək.

Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev çıxışında Cibuti və Azərbaycan arasındakı dostluq münasibətlərinin hər iki ölkənin milli maraqlarına xidmət etdiyini və səfirliyin bundan sonra da bu əlaqələrin möhkəmləndirilməsi üçün tədbirləri davam etdirəcəyini bildirib.

Heydər Əliyev Fondunun nümayəndə heyəti Cibuti Respublikasının səhiyyə naziri Cama Elmi Okieh ilə görüşüb. Görüş zamanı nazir hədiyyə olunmuş tibbi avadanlıqların ölkədə pediatriya xidmətinin güclənməsinə təkan verəcəyini qeyd edib və bu dəstəyə görə Azərbaycan xalqına, eləcə də,  Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol