• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana gətirilən Ermənistan məhsulları saxlanıldı

Azərbaycana gətirilən Ermənistan məhsulları saxlanıldı
14.06.2017 12:10
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2017-ci ilin may ayı dövlət sərhədini pozduqlarına görə 32 nəfər saxlanılıb.

DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, onlardan 13 nəfəri Azərbaycan, 7 nəfəri Özbəkistan, 6 nəfəri Banqladeş, 2 nəfəri Rusiya Federasiyası, hər ölkədən 1 nəfər olmaqla İran İslam Respublikası, Moldova, Pakistan, Əlcəzair vətəndaşıdır.

Sərhəd rejim qaydalarını pozarkən 949 halda 1253 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 379 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 951,3 qram narkotik maddə aşkar edilərək götürülüb.

"Xaş-xaş-2017” şərti adı altında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Zaqatala və Şəmkir rayonlarının sərhədyanı ərazilərində 15873 ədəd yabanı halda bitmiş narkotik xassəli bitkilər yığılaraq ictimaiyyətin və hüquq mühafizə orqanları əməkdaşlarının iştirakı ilə yandırılaraq məhv edilib.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təq­ribən 184 min 378 manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 376 qutu pirotexniki vasitə, 7 ədəd qayıq, 43500 ABŞ dolları, 10000 Avro, 4528 qutu siqaret, 208 ədəd mobil telefon, 3914 ədəd müxtəlif növ dərman prepa­ratları, 7 ədəd Ermənistanın təsvirləri olan kitabça, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqa­mətində tədbirlər davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol