• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisi tanınmış şəxsin qızından rüşvət aldı

Yol polisi tanınmış şəxsin qızından rüşvət aldı
16.06.2017 12:34
Yasamal rayon DYP əməkdaşı tanınmış nasir, publisist Xeyrəddin Qocanın qızından rüşvət alıb.

Azxeber.com xəbər verir ki, sabiq millət vəkili DYP əməkdaşlarının qeyri-qanuni hərəkətləri ilə bağlı "Facebook"da status paylaşıb.

Onun sözlərinə görə, avtomobilin texniki pasportunu və qızının sürücülük vəsiqəsini əlindən alan DYP əməkdaşları "maşına həbs qoyulub, düş aşağı, maşını cərimə meydançasına aparmalıyıq" deyərək onu cəriməni ödəmək üçün Yasamal Polis İdarəsinə göndəriblər.
 
 
 
 
Şöbədə kapitan Emil Seyidov adlı polis əməkdaşı ona, "Get, cəriməni ödə, 100 manat da mənə ver, məhkəmədə işini həll edim" deyərək rüşvət alıb.

Tanınmış publisist hadisədən sonra Daxili İşlər Nazirliyinin, həmçinin Yasamal rayon Polis İdarəsinin rəhbərliyi ilə əlaqə saxlamağa çalışsa da bir nəticəsi olmayıb.

Məsələni "Qaynarinfo"ya şərh edən nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bunun hüquqi tərəflərindən söz açıb:

"Əgər gecikmiş cərimə varsa, yəni iki aydan çox gecikdirilibsə cərimənin ödənilıməsi üçün avtomobilin saxlanılması haqqında qərar çıxarılır. Cərimə ödənildikdən sonra isə hər şey avtomatik qaydada həll olunur. Burada heç bir saxlanılmadan, məhkəməyə göndərilmədən, vətəndaşın sürücülük hüququnun məhdudlaşdırılmasından söhbət gedə bilməz. "Ayının min oyunu var bir armudun üstündə" məsəli kimi bu prosedurların da hamısı cərimənin ödənilməsi üçündür".

Ekspert həmçinin vətəndaşların dövlət qulluqçularına heç bir şəkildə ödəmə etməməli olduğunu qeyd edib:

Cərimələr də nağdsız formada banklarda, poçt şöbələrində, polis idarələrində quraşdırılmış ödəniş terminallarında, həmçinin mobil telefon vasitəsilə elektron kartının məlumatlarını daxil edərək də ödənilə bilər. Heç bir dövlət qulluqçusuna bir manat da olsun vermək olmaz. Çünki, qanun buna yol vermir.

Məsələ ilə əlaqədar Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov ilə əlaqə saxladıq. Qurum rəsmisi məsələ ilə bağlı məlumatsız olduğunu və faktı dəqiqləşdirdikdən sonra açıqlama verəcəyini bildirdi.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol