Vikipediyanın Azərbaycan dilində olan bölməsi bir pillə yüksəlib

Vikipediya virtual ensiklopediyasının Azərbaycan dilində olan bölməsində 119895 məqalə var.
AMEA Mərkəzi Elmi Kitabxanasından APA-ya bildirilib ki, 2014-cü il mart ayının 25-də Azərbaycan dilində məqalələrin sayı 100000-i keçdiyi üçün Vikipediyanın "10.000+” bölməsindən "100.000+” bölməsinə adlayıb. Məqalələrinin yaradılmasını əks etdirən reytinq cədvəlindəki son göstəriciyə görə, Vikipediyanın Azərbaycan dilində olan bölməsi 2017-ci il iyun ayının 1-də 56-cı pillədən 55-ci pilləyə yüksəlib.
Qeyd edək ki, hazırda Vikipediya virtual ensiklopediyası 295 dildə fəaliyyət göstərir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























