• $
  • €
  • ₽
  • ₺
  • £

İki dövlət universiteti birləşdirilə bilər

İki dövlət universiteti birləşdirilə bilər
29.05.2020 09:58
İki ali təhsil müəssisəsinin - Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universitetinin birləşdiriləcəyi barədə xəbərlər dolaşmaqdadır.

O səbəbdən ki, hər iki universitet profil baxımından uyğundur.

Digər tərəfdən 1990-cı illərdən əvvəl bu universitetlər bir olub. Bəzi məlumatlara görə, belə bir rəsmi qərarın veriləcəyi gözlənilir.

Maraqlıdır, bu universitetlərin birləşməsi hansı meyarlar əsasında gerçək ola bilər?

Day.Az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov modern.az-a açıqlamasında deyib ki, əslində, adıçəkilən universitetlərin birləşdirilməsi məsələsi zəruridir.

"İlk növbədə, qeyd etmək istəyirəm ki, hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu ali təhsil müəssisələrində mövcud olan bir sıra ixtisaslar bir-birlərini təkrar edir. Onlardan biri də, ADU və BSU arasındadır. Düzdür, biz tarixi və siyasi baxımdan slavyan ölkələri ilə münasibətlərimiz olduğuna görə bu ləğvin həyata keçirilməsi çətin prosesdir, amma nəzərə alsaq ki, slavyan dilləri Azərbaycanda xarici dil statusunu daşıyır və xarici dillərin tədrisi vahid bir təhsil ocağında həyata keçirilməlidir, o zaman bu birləşmə labüddür".

Təhsil ekspertinin sözlərinə görə, əgər universitetlər birləşsə, tədris prosesi BSU-da aparıla bilər.

"Bundan başqa, hər iki universitetin tədris binalarının yaxın olması, rəhbərliyin idarəçilik təcrübəsinin olması bu informasiyanı həmişə aktual edir. Xüsusi ilə qeyd etmək lazımdır ki, son bir il ərzində, Slavyan Universitetində həyata keçirilən yenidənqurulma, bərpa işləri BSU-ya yeni imic, maraq formalaşdırıb. Bütün bunlar onu deməyə əsas verir ki, birləşmə həyata keçirilsə, əsas tədris binası, mərkəzlər indiki BSU-nun inzibati binasında həyata keçirilə bilər. Çünki indi bunun üçün kifayət qədər böyük imkanlar yaradılıb".
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol