• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil nazirindən yeni əmr

Təhsil nazirindən yeni əmr
17.06.2017 23:51
TPİ-də ixtisaslara uyğun vakant vəzifələrin təklif edilməsi nəzərdə tutulub.

Təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun strukturunun yeni redaksiyada təsdiq olunması barədə” əmr imzalayıb.

Nazirlikdən anews.az-a verilən məlumata görə, əmr Təhsil Problemləri İnstitutunun (TPİ) fəaliyyətinin təkmilləşdirilməsi məqsədinə xidmət edir. Əmrdə ixtisara düşmüş ştatlarda çalışan işçilərin peşəkarlıq səviyyələri və təcrübələri nəzərə alınmaqla, onlara TPİ-də ixtisaslarına uyğun vakant vəzifələrin təklif edilməsi nəzərdə tutulub.

Əmrə əsasən, TPİ-nin yeni strukturunda katiblik, 18 şöbə, 1 sektor və elmi kitabxana fəaliyyət göstərəcək. Ümumi təhsilin və məktəbdənkənar təhsilin kurikulumu, Monitorinq və qiymətləndirmə, həmçinin Peşə ixtisas təhsili şöbələrinə daha çox ştat vahidi verilib.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda yeni dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunması, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş kompüter-planşetlə təmin olunması baxımından bir sıra əhəmiyyətli məsələlər nəzərdə tutulub. Bütün bunlar Təhsil Nazirliyinin fəaliyyətində dərslik siyasətinin prioritet istiqamətlərdən biri olduğunu deməyə əsas verir. Təhsil Nazirliyinin bu sahədə həyata keçirdiyi islahatların səmərəliliyinin artırılmasında yeni yaradılmış Dərslik və dərs vəsaitlərinin metodologiyası şöbəsinin üzərinə mühüm vəzifələr düşür.

Qeyd edək ki, TPİ-nin yeni strukturunda təsərrüfat hesablı struktur bölmələrinin də fəaliyyəti nəzərdə tutulub.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol