• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 56 145 nəfər gənc peşəyönümlü tədbirlərə cəlb olunub

Azərbaycanda 56 145 nəfər gənc peşəyönümlü tədbirlərə cəlb olunub
19.06.2017 13:40
Tədbirlərdə bir sıra hallarda valideynlərin də iştirakı təmin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin 5 ayında 58 032 nəfəri peşə hazırlığı, əlavə təhsil kurslarının təşkili və peşəyönümü tədbirlərə cəlb edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, onlardan 1887 nəfəri (o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 1796 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 91 nəfər) üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. 

Elektrik montyoru, mebel quraşdırıcısı, xalçaçılıq, qənnadçı, kompyuter istifadəçisi, dərzi, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, elektrik qaynaqçısı və s. peşələr üzrə təşkil olunan kurslarda ənənəvi peşə təhsili proqramları ilə yanaşı, modul tədris üsullarından da geniş istifadə edilib. Kursları bitirənlərə peşə sertifikatları təqdim olunub.

Nazirlikdən bildirilib ki, yanvar-may aylarında Dövlət Məşğulluq Xidməti tərəfindən 56 145 nəfər gənc isə peşəyönümü tədbirlərinə cəlb olunub. Gənclərin əmək bazarının tələbləri nəzərə alınmaqla düzgün peşə və ixtisas seçiminin dəstəklənməsi məqsədilə keçirilən tədbirlərdə bir sıra hallarda valideynlərin də iştirakı təmin olunub. Tədbirlər zamanı iştirakçılar əmək bazarında mövcud vəziyyət, peşə və ixtisaslara olan tələbat barədə ətraflı məlumatlandırılıb, gənclərə peşəyönümü məsləhətləri verilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol