• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 7 kiloqramdan artıq qızıl müsadirə ediib

Azərbaycanda 7 kiloqramdan artıq qızıl müsadirə ediib
19.06.2017 21:20
Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl külçənin ölkə ərazisindən çıxarılmasının qarşısını alıblar.

"Report” DGK-ya istinadən xəbər verir ki, idarənin "Qoşa Təpə" gömrük postunda Azərbaycandan İrana gedən ölkə vətəndaşı Cəfərov Vidadi Feyzulla oğlunun idarə etdiyi "Toyoto Prado" markalı, 85-CE-076 dövlət qeydiyyat nişanlı minik avtomobilinə gömrük nəzarətini həyata keçirmək məqsədilə "Heimann Cargo Vision" rentgen qurğusunda baxış keçirilib.

Baxış zamanı avtomobilin motorxanasında - avtomobilin akkumulyator olan hissəsində fərqli görünüşdə, şübhəli predmetlərin olması analiz monitorunda əks olunub. Bundan sonra avtomobilə əsaslı baxış keçirilib və Cəfərov Vidadi Feyzulla oğlundan onun idarə etdiyi minik avtomobilində gömrük nəzarətindən gizlədilən hər hansı bir predmetin olub-olmaması soruşulub. O isə idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən heç bir predmetin olmadığını bildirib.

Minik avtomobilinin yoxlanması zamanı isə avtomobilin motorxanasında - avtomobilin işlək akkumulyatorunun altından, akkumulyatorun metal altlığının boşluqlarında gömrük nəzarətindən gizlədilən, ayrı-ayrılıqda yapışqanlı lentlə sarınmış 11 ədəd bağlamada müxtəlif formalı və ölçülü (yumru, külçə, kiçik ölçülü qırıntılar formasında) sarı rəngli, qızıla oxşar metal kütlələr aşkar edilib.

Müvafiq ekspert rəyinə əsasən, aşkar edilən metal kütlələr xalis çəkisi 7 kiloqram 058,28 qram təşkil edən müxtəlif formalı və ölçülü qızıl ərintisindən olan külçələrdir.
Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol