• $
  • €
  • ₽
  • ₺
  • £

BANM ən reytinqli təhsil müəssisəsi adlandırılıb

BANM ən reytinqli təhsil müəssisəsi adlandırılıb
19.06.2017 22:14
Əsgərzadə Abdulla Sahib oğlu 25 avqust 2000-ci ildə Gəncədə anadan olub. Orta təhsilini 2006-2012-ci illərdə Gəncə şəhəri 31 saylı məktəbdə alıb. Daha sonra Gəncə Azərbaycan-Türkiyə özəl liseyinə (hazırda Gəncə İstək liseyi) qəbul üçün keçirilən imtahanda 1-ci yerə çıxaraq pulsuz oxumaq imkanı qazanıb. Bu liseydə oxuduğu zaman müxtəlif tədbirlərdə, bilik yarışlarında, yay məktəblərində iştirak edib. Məktəbdə keçirilən müxtəlif bilik yarışlarında, şahmat, voleybol yarışlarında qalib gəlib.

Dövlət İmtahan Mərkəzinin (DİM) 2017/2018-ci tədris ili üzrə keçirilən qəbul imtahanında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçəcək.

- 700 ballıq nəticəni nələrin sayəsində əldə edə bilmisən? Necə düşünürsən, bunun üçün xüsusi istedad olmalıdır, yoxsa burada şans hansısa rol oynayır?

- Bu nəticəni əldə etmək üçün ibtidai siniflərdən başlayaraq yaxşı oxumaq lazımdır. Bunun sadəcə bir şans olması mümkün deyil. Lakin 1-2 sual mexaniki səhv də ola bilərdi burada şansım gətirdi.

- Qəbul imtahanı necə keçmişdi? İmtahandan əvvəl və imtahandan sonrakı xatirələrin sənin üçün hansı təəssüratlarla yadda qalıb?

- Qəbul imtahanı obyektiv keçdi. İmtahandan əvvəl həyəcanım var idi, amma sual kitabçasını əlimə alandan sonra yalnız suallar üzərində işləməyə başladım, daha heç bir şey fikirləşmədim. Suallar asan idi, bir saata bütün sualları qurtardım sonra dəfələrlə yoxladım və kodlaşdırdım. Səhfim olacağına inanmırdım, amma yenə də həyəcan var idi.

- Niyə məhz bu ixtisası və BANM-i seçdin və bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?

- Hələ 10-cu sinifdə 1-ci qrupu seçərkən, BANM-i nəzərdə tutmuşdum. BANM Azərbaycanda yüksək reytinqli təhsil müəssisələrindən biridir və eşitdiyimə görə burada beynəlxalq tələblərə uyğun, yüksək səviyyəli tədris həyata keçirilir. İxtisasa gəlincə dəqiq elmlərə, xüsusən fizika və riyaziyyata marağım çox olduğundan fikirləşirəm ki, "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçərək öz bilik və bacarığımı bu sahədə göstərə biləcəm.

- Ən böyük arzun nədir?

- Arzular sözsüz ki çoxdur, ən böyük arzularımdan biri də mükəmməl təhsil alıb, yaxşı bir mütəxəssis kimi yetişməkdir.

- Özünü gələcəkdə harada görürsən və gələcək üçün planların hansılardır?

- Bakalavr kimi təhsilimi BANM-də alıb, magistr kimi isə təhsilimi xaricdə davam etdirmək niyyətindəyəm. Seçdiyim ixtisasın bütün incəliklərinə yiyələnərək bu sahədə uğurlar qazanmaq arzusundayam.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol