• $
  • €
  • ₽
  • ₺
  • £

“Cümə” məscidi ətrafında qalmaqal

“Cümə” məscidi ətrafında qalmaqal
19.06.2017 13:55
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İlqar İbrahimoğlunun İçərişəhər "Cümə” məscidi dini icmasının adından tədbir keçirməsi ilə bağlı məsələyə münasibət bildirib.

Anews.az APA-ya istinadən xəbər verir ki, Komitənin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov bildirib ki, iyunun 18-də bəzi kütləvi informasiya vasitələrində İlqar İbrahimoğlu adlı şəxsin Ramazan ayının 3-cü Əhya gecəsi ilə bağlı İçərişəhər "Cümə” məscidi dini icmasının adından istifadə edərək tədbir keçirməsi haqqında məlumat yayılıb.

"Qeyd etmək istərdim ki, İlqar İbrahimoğlunun İçərişəhər "Cümə” məscidi və orada fəaliyyət göstərən dini icma ilə hər hansı hüquqi bağlılığı yoxdur. Hazırda rəsmi dövlət qeydiyyatından keçmiş İçərişəhər "Cümə” məscidi dini icmasının sədri və axundu Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Surxay Məmmədovdur.  İlqar İbrahimoğlunun İçərişəhər "Cümə” məscidi dini icmasının adından sui-istifadə edərək tədbir keçirməsi, bunu mətbuatda işıqlandırması yolverilməzdir, qanunvericiliyə zidd xarakter daşıyır. İlqar İbrahimoğlu bu kimi qeyri-qanuni hərəkətlərini davam etdirərsə, hüquqi məsuliyyət daşıyacaq və Dövlət Komitəsi tərəfindən bununla bağlı hüquqi müstəvidə bütün zəruri addımlar atılacaq” - deyə, o əlavə edib.

Komitə dindar vətəndaşları məscidlərdən kənar, qeyri-qanuni şəkildə təşkil edilmiş tədbirlərə qatılmamağa çağırır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol