• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisindən çimərlik tövsiyəsi

Yol polisindən çimərlik tövsiyəsi
29.05.2020 10:36
Çimərlik mövsümünün başlanması ilə açıq yay başmaqlarında avtomobil idarə etmənin təhlükə olduğu yada düşüb. Əvvəlki illərdə yay aylarında törədilən yol qəzalarının bir çoxunun məhz çəkələk geyinən sürücülər tərəfindən törədilməsi mövzunu yenidən gündəmə gətirib.

Anews.az-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov çimərlik mövsümünün başlanması ilə əlaqədar Bakı kəndləri yollarında nəqliyyat vasitələrinin hərəkəti intensivləşəcəyini əsas gətirərək, sürücülərə tövsiyələr verib:  

"Yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün sürücülərə sürət həddinin aşağı endirilməsini, ara məsafəsinin normadan artıq saxlanılmasını, təhlükə yaratdığı üçün çəkələklə avtomobil idarə etməməyi tövsiyə edirik”.

Xatırladaq ki, ötən illərdə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov açıq yay başmaqlarında avtomobil idarə edənlərin  cəzalandırılacağını bildirmişdi.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev qanunda sürücünün hər hansı geyim formasında avtomobil idarə etməsinin göstərilmədiyini bildirib: "Qanunvericilikdə nəqliyyat vasitəsini idarə edən şəxsin və ya sərnişinlərin hər hansısa geyim formasında avtomobil idarə etməsi göstərilməyib. Biz, sadəcə olaraq, əməkdaşlarımıza təlimat vermişik ki, çəkələklə maşın sürən sürücüyə rast gələndə onlara bu qaydada maşın sürməməyi tövsiyə etsinlər. Çünki bu,təhlükəlidir, sürücülər də özlərinin və yaxınlarının həyatını təhlükəyə atmamaq üçün çəkələklə maşın sürməkdən imtina etməlidirlər. Elə buna görə də sürücülərə avtomobil idarə edərkən daha da diqqətli olmaları tapşırılıb. Çünki çəkələklə avtomobil idarə edilməsi qəzaların baş verməsini qaçılmaz edib”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol