• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının mərkəzi küçələri bağlandı - SİYAHI

Bakının mərkəzi küçələri bağlandı - SİYAHI
19.06.2017 14:10
"Formula 1" Azərbaycan "Qran-prisi" ilə əlaqədar Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti bu gündən məhdudlaşdırılıb.

Milli.Az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, "Formula 1" yarışları Azadlıq meydanından başlayaraq Puşkin, Xəqani, Bülbül küçələri, Zərifə Əliyeva prospekti, Rəsul Rza küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçəsi, Qoşa Qala qapısı-Gənclər meydanı, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi, Azneft meydanı, Neftçilər prospekti ilə eyni marşrut üzrə nəzərdə tutulduğundan bu istiqamət üzrə avtomobillərin istifadəsinə məhdudiyyət qoyulub.
 
V.Əsədov, həmçinin qeyd edib ki, Bakı-Salyan yolunun 14-cü km-dən, Su Hövzəsi Kompleksindən, Xəqani və Üzeyir Hacıbəyov küçələrinin Rixard Zorge küçəsindən Səməd Vurğun küçəsinədək olan hissələri, Zərifə Əliyeva prospektinin Yusif Məmmədəliyev küçəsinədək olan hissəsi, Rəşid Behbudov küçəsinin Neftçilər prospektindən Nizami küçəsinədək olan hissəsi, Səməd Vurğun küçəsinin Neftçilər prospektindən üzü Üzeyir Hacıbəyov küçəsinədək olan hissəsi, habelə Bülbül prospektinin Neftçilər prospekti ilə Lev Tolstoy küçələri arasındakı hissəsi bu gündən nəqliyyatın hərəkəti üçün bağlıdır.
 
Cənub tərəfdən paytaxtın mərkəzinə hərəkət etmək istəyən sürücülərə Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü kənar dairəvi yolla Yasamal rayonundan şəhər istiqamətə hərəkət etmələri tövsiyə edilir.
 
V. Əsədov bildirib ki, yarışların keçirildiyi ərazi 3 zonaya bölünüb. Həmin zonalarda yaşayan şəxslərin avtomobillərinə xüsusi buraxılış və fərqlənmə nişanları veriləcək.
 
Qeyd edək ki, yarışlar iyunun 23-25-də keçiriləcək.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol