• $
  • €
  • ₽
  • ₺
  • £

Tağı Əhmədova yeni vəzifə verildi

Tağı Əhmədova yeni vəzifə verildi
19.06.2017 16:34
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi "Əməkdar mühəndis”, Texnika elmləri namizədi, "Şöhrət” ordenli Tağı Əhmədov...

Göründüyü kimi, onu təqdim edərkən müxtəlif titullardan istifadə etmək mümkündür. Həyatının 44 ilini Bakı metropolitenində çalışmış,  16 ilə qədərini bu qurumun rəisi işləmiş Tağı Əhmədovu artıq fərqli formada da təqdim etmək mümkün olacaq. 

Modern.az saytının məlumatına görə, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov həm müəllim, həm də kafedra müdiridir.

Tağı Əhmədov Azərbaycan Memarlıq və İnşaat Universitetində dərs deməklə yanaşı, buradakı Nəqliyyat fakültəsində "Nəqliyyat tikintisi və  Yol hərəkətinin təşkili” kafedrasının müdiridir.

Universitetin mətbuat katibi Nəcibə Mirzəyeva Modern.az saytına bildirib ki, sabiq rəis artıq 20 ilə yaxındır, universitetdə müəllim kimi fəaliyyət göstərir. Lakin  bir ildən az müddətdir ki, kafedra müdiri vəzifəsinə təyin edilib. Amma indiyədək geniş ictimaiyyət bu haqda məlumatlı olmayıb.

Qeyd edək ki, Tağı Əhmədov 1997-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspirantıdır. 

"Fəxri Dəmiryolçu”, "Bakı meropoliteni veteranı” döş nişanları, "Şöhrət” ordeni və "Azərbaycan Resbulikasının Əməkdar mühəndisi” fəxri adı və nişanı ilə təltif edilib. 2005-ci ildən Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür. Bakı Metropolitenini dünya standartlarına çatdırılması sahəsində xidmətlərə görə "Qızıl Buta” müstəqil milli mükafatına layiq görülüb. 

2012-ci ildə ölkənin iqtisadi inkişafında xidmətlərinə və Azərbaycan elminə verdiyi töhfələrə görə akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol