Paytaxtın bu ərazisində hərəkət mədudlaşdırılıb

Bu gün səhər saat 10:00-dan etibarən Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsində üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılır.
"Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, bu küçədə işlərin aparılması ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılıb. Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.
"Azəravtoyol” ASC sürücülərdən iş gedən ərazidə diqqətli olmalarını xahiş edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























