Tovuzda güclü yağış evlərə ziyan vurub

Tovuzda yağan güclü yağış bir sıra fəsadlar törədib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, ən çox zərər rayonun Əlimərdanlı kəndində olub.
Belə ki, iyunun 10-da yağan dolu zamanı dam örtükləri sıradan çıxan evlərə bu gün yağan yağış zamanı su dolub. Mənzilləri sel suları basdığından sakinlər çöldə gecələməli olublar. Rayonun Xatınlı, Qaraxanlı, Qədirli və Düz Cırdaxan kəndlərində də bəzi evlər yağış suları altında qalıb. Rayon icra hakimiyyəti aparatından vəziyyətdən xəbərdar olduqlarını, doludan zərər çəkən bütün evlərin qeydiyyata alındığı bildirilib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib