• $
  • €
  • ₽
  • ₺
  • £

Gizlədilən 75.000 avro tapıldı - Gömrükdə ƏMƏLİYYAT

Gizlədilən 75.000 avro tapıldı - Gömrükdə ƏMƏLİYYAT
21.06.2017 12:40
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən gizlin və bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Bakı-Almatı aviareysilə getmək istəyən Ukrayna vətəndaşı gömrük nəzarətindən "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə keçsə də, lakin əl çantası rentgen aparatından keçirilərkən monitorda əsginasların təsviri görünüb.

Vətəndaş saxlanılıb sorğu-sual edilərkən üzərində cəmi 7000 avronun olduğunu bildirib. Bundan sonra ona məxsus əşyalarda və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub.

Yoxlama zamanı, vətəndaşa məxsus əl çantasının içərisindəki noutbukun arasında 5000 avro, çantanın içərisində olan digər şəxsi əşyaların arasında isə 58.000 avro nominalında əsginaslar aşkar edilib. Şəxsi yoxlama zamanı isə vətəndaşın əynindəki alt geyimində daha 5000 avro aşkar olunub.

Beləliklə, vətəndaşın gömrük nəzarətindən gizlətdiyi və əvvəlcədən bəyan etmədiyi 150 ədəd - hər biri 500 avro nominalında əsginaslar olmaqla, cəmi 75.000 avro aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol