• $
  • €
  • ₽
  • ₺
  • £

BMT 2050-ci ildə Azərbaycan əhalisinin sayı ilə bağlı proqnozunu açıqlayıb

BMT 2050-ci ildə Azərbaycan əhalisinin sayı ilə bağlı proqnozunu açıqlayıb
22.06.2017 11:30
Hesabata əsasən, ölkədə gözlənilən yaşam müddəti də artacaq.

Azərbaycan əhalisinin sayı 2030-cu ilədək 10,68 milyon nəfərə, 2050-ci ilə qədər 11,03 milyon nəfərə qədər artacaq.

"Report" xəbər verir ki, bu barərdə BMT Katibliyinin İqtisadi və Sosial məsələlər Departamentinin dünyanın demoqrafik vəziyyəti və onun dəyişmə perspektivlərinə dair hazırladığın yeni hesabtda deyilir.

Sənəddə ayrı-ayrı regionlar və ölkələrə bölünməklə demoqrafik tendensiyaların icmalı yer alıb.

Qeyd edək ki, 2017-ci ilə məlumata görə, Azərbaycan əhalisinin sayı 9,8 milyon nəfərə bərabərdir. Bunun 51%-ni 25-59 yaşlı, 23%-ni 14 yaşa qədər olan, 15%-ni 15-24 yaşlı, 10%-ni 60 yaşdan yuxarı insanlar təşkil edir.

Hesabata görə, Azərbaycanda gözlənilən yaşam müddəti də artacaq. Belə ki, 2015-2020-ci illərdə bu göstərici 72,1 yaş təşkil edirsə, 2040-2050-ci illərə qədər 75,7 yaşa və 2095-2100-cü illərə qədər 82,6 yaşa qədər artacaq.

Hazırda dünya əhalisinin sayı 7,6 milyard nəfərdir. Hesabata görə, 2030-cu ildə dünyada 8,6 milyard, 2050-ci ildə 9,8 milyard, 2100-cü ildə osə 11,2 milyard insan yaşayacaq.

Əhalisinin sayı ən çox olan ölkələr sırasında Çin (1,4 milyard nəfər) və Hindistan (1,3 milyard nəfər) liderlik etməyə davam edir. Bu iki ölkənin payına dünya əhalisinin ümumi sayının müvafiq olaraq, 19 və 18 faizi düşür. Təxminən 2024-cü ilə qədər Hindistanın əhali sayında Çini üstələyəcəyi gözlənilir.

Dünyanın ən çox əhaliyə malik 10 ölkəsi arasında əhali sayı ən sürətlə Nigeriyada artır. 2050-ci ilə qədər bu ölkə əhalisinin sayına görə dünyada 3-cü pilləyə qədər yüksələcək və ABŞ-ı geridə qoyacaq.

Yaxın 33 il ərzində dünya əhalisinin bütün artımının yarısı cəmi 9 ölkənin - Hindistan, Nigeriya, Konqo Demokratik Respublikası, Pakistan, Efiopiya, Tanzaniya, ABŞ, Uqanda və İndoneziyanın payına düşəcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol