• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllim və həkim heyəti məcburi tarlalara göndərilir

Müəllim və həkim heyəti məcburi tarlalara göndərilir
25.06.2017 19:50
Hələ də bir çox rayonlarımızda əkin-biçin vaxtı məcburi insan əməyindən istifadə olunur. Xüsusilə, işi, normal əmək haqqı olan insanlar tarlalara cəlb olunur. Əsasən, bölgələrdəki həkim və müəllim heyəti təsərrüfat sahələrinə yönləndirilir. Hətta, tarlada işləmək istəməyən insanlar işdən çıxarılma ehtimalı ilə üz-üzə qalır. 
 
İnsan əməyindən məcburi sui-istifadə etmək qanunvericilikdə mövcuddurmu?
 
Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, deputat Hadı Rəcəbli Modern.az-a açıqlamasında mövzuya aydınlıq gətirib. 
 
"İnsanların əməyindən sui-istifadə etmək olmaz. Azərbaycan qanunvericiliyində belə hallar yoxdur. Kimin nə ixtiyarı var ki, hansısa bölgədə insanların əməyindən zorla istifadə etsin.  İndi hansı zəmanədir ki, həkimi, müəllimi, yaxud da başqa peşə sahiblərini tarlaya cəlb etsinlər?! Əgər hansısa peşə sahibi məcburi əməyə cəlb olunduğu təqdirdə işləmək istəmirsə bu, normaldır. Onu kimsə işindən azad edə bilmız. Qanunda da belə hal yoxdur. Ümumiyyətlə, hansısa sahədə məcburi hallar baş verərsə, onun fəsadları tezliklə özünü biruzə verir”. 
 
 
Hadı Rəcəbli deyir ki, Sovet dövründə belə ənənə olub.
 
"Kimisə məcbur edib demək olmaz ki, get pambıq yığ, taxıl biçinində əmək sərf elə və sairə. Onu deyim ki, bu gün Azərbaycanda həkimin, müəllimin əməyindən sui-istifadə hallarına rast gəlinmir. Amma Sovet hökuməti dövründə bu məcburi idi. İnsan əməyindən sui-istifadə etməklə adını iməclik qoyurdular. Həm də Sovet dövründə bu məsələ çox ciddi şəkil almışdı. Xüsusilə, ümumi tətillər elan edirdilər. Məktəblərdə, universitetlərdə iş prosesi dayandırılırdı. Hər kəs tarlalara göndərilirdi. İndi isə belə hallar yoxdur”

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol