• $
  • €
  • ₽
  • ₺
  • £

UNEC-də "Strateji Plan"ın icrası təmin edilir

UNEC-də "Strateji Plan"ın icrası təmin edilir
30.06.2017 17:41
UNEC-də Azərbaycan təhsil nazirinin əmri ilə təsdiq edilən "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin Strateji Planı"nın (2017-2020-ci illər üçün) yerinə yetirilməsini təmin etmək məqsədilə işgüzar toplantı keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Milli iqtisadiyyatın və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsini təsdiq edib. Buna uyğun olaraq, təhsil nazirinin müvafiq əmri ilə ali təhsil müəssisələrinin qarşısında duran vəzifələr müəyyənləşdirilərək, Təhsil nazirliyinin Strateji Planı təsdiqlənib. Əmrə əsasən, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulan tədbirləri vaxtında və keyfiyyətli icra etmək məqsədilə UNEC-in də Strateji Planı hazırlanıb.

Rektor bildirib ki, strateji yol xəritələri təsdiqləndikdən sonra universitetdə ciddi fəallıq müşahidə olunur.

UNEC-in 48 professor və alimindən ibarət ekspert qrupu ölkədə baş verən iqtisadi proseslərə operativ münasibət nümayiş etdirir. Ə.Muradov diqqətə çatdırıb ki, strateji yol xəritələrinin əhatə etdiyi sahələrdən UNEC-də təhsil, tədqiqat və innovasiya istiqamətləri prioritet seçilib və strateji plan bu yöndə yeniliklərin tətbiqini nəzərdə tutur. Elmi tədqiqat sahəsində stimullaşdırmanı artırmaq məqsədilə diferensial əməkhaqqı sistemi də təkmilləşdiriləcək. Belə ki, müəllimlərin reytinqi müəyyən edilərkən, onların elmi tədqiqatlarına xüsusi diqqət ayrılacaq. Eyni zamanda, daha bir komissiya yaradılacaq ki, bu komissiya qiymətləndirmə ilə bağlı apellyasiya şikayətlərinə baxacaq. Şəffaflığı təmin etmək məqsədilə komissiyanın qərarları UNEC-in rəsmi saytında interaktiv yerləşdiriləcək, iclaslar isə Facebook vasitəsilə canlı yayımlanacaq.

İnnovasiya ilə bağlı ölkədə ilk dəfə olaraq UNEC-də İnnovativ Biznes İnkubatoru yaradıldığını bildirən rektor "Made in Azerbaijan” layihəsinin əhəmiyyətini xüsusi vurğulayıb. O qeyd edib ki, yeni tədris ilindən UNEC-də "Startap günləri” keçiriləcək. Sahibkarların maliyyə savadlılığını artırmaq məqsədilə onlarla mütəmadi görüşlər, treninqlər, dəyirmi masalar və seminarlar təşkil olunacaq.

Rektor Ə.Muradov starteji plandan irəli gələn tədbirlərin icrası ilə bağlı müvafiq struktur rəhbərlərinə tapşırıqlar verib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol