• $
  • €
  • ₽
  • ₺
  • £

Dekan müavini vəfat etdi

Dekan müavini vəfat etdi
30.06.2017 12:25
Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma fakültəsinin tədris işləri üzrə dekan müavini Qabil Haşımov vəfat edib.

Anews.az report-a istinadən xəbər verir ki, Q.Haşımov uzun sürən xəstəlikdən sonra 56 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Haşımov Qabil Bəxtiyar oğlu 15 iyul 1961-ci ildə Azərbaycan Respublikası, Oğuz rayonunun Padar kəndində anadan olub. 1978-ci ildə Oğuz rayonunun Padar kəndində orta məktəbini müvəffəqiyyətlə bitirərək Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti (AzTU) ) "Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər" ixtisasına qəbul olub. 1983-cü ildə AzTU-nun məzunu olan Q. Haşımov "Bakı Məişət Kondisionerləri Zavoduna" yüksəkixtisaslı kadr kimi təyin olunub. 1987-ci ilin sonunadək həmin zavodda müxtəlif vəzifələrdə işləyib. 

1988-ci ilin əvvəlindən ölümünədək AzTU-nun "Texnoloji komplekslər və xüsusi texnika " kafedrasında işləyib. Universitetdə fəaliyyət göstərdiyi 20 il müddətində həmin kafedrada mühəndis, baş mühəndis və müəllim vəzifələrində çalışıb. Q. Haşımov aktual mövzulardan biri olan "Rotasion kompressorunun funksional araboşluqlarının texnoloji təminatı" məsələləri üzrə böyük elmi araşdırma aparıb.

Onun 59 elmi və tədris metodik işinin 56-sı çap olunub. Q.Haşımov elmi fəaliyyətlə bərabər universitetdə idarəetmə işlərində də aktiv fəaliyyət göstərib. O, əvvəllər Texnoloji maşınlar, daha sonra isə Maşınqayırma fakültəsinin dekan müavini olub.
Ailəli idi. İki oğlu var.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol