Azərbaycan Ordusunun 100 illiyi şərəfinə xüsusi medal təsis olunub

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Ordusunun 100 illiyi şərəfinə xüsusi medalın təsis olunması ilə bağlı məsələ müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu medalın xüsusi əhəmiyyəti var.
"Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna əlavə təklifi kimi müzakirəyə çıxarılan layihəyə görə, qanunun 2-ci maddəsinə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı” adlı hissə əlavə olunur. Medala silahlı qüvvələrdə xidmətdə olan, eləcə də sonradan ehtiyata buraxılan hərbi qulluqçular müvafiq icra qurumunun təqdimatı ilə layiq görülə biləcəklər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























