Fəhlə asfalt basan maşının altında qaldı

"Azəravtoyol” ASC-nin əməkdaşı istehsalatda bədbəxt hadisə nəticəsində ölüb.
Anews.az-in Report-a istinadən xəbərinə görə, hadisə Bakının Yasamal rayonunda, "Sovetski” kimi tanınan ərazidə qeydə alınıb.
1992-ci il təvəllüdlü Allahverdiyev Xəyal İlqar oğlu ərazidə asfalt beton örtüyünün çəkilişi zamanı ağır texnikanın təkərləri altında qalaraq ölüb.
Faktla əlaqədar Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























