• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il doğuş zamanı ölən anaların sayı açıqlandı

Bu il doğuş zamanı ölən anaların sayı açıqlandı
05.07.2017 20:40
2017-ci ildə Azərbaycanda doğuş zamanı 11 ana ölümü baş verib.

news.az xəbər verir ki, Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova APA-ya bildirib ki, bu ilin 6 ayı ərzində baş vermiş 8 ana ölümü araşdırılaraq nəticələri barədə ictimaiyyətə məlumat verilib.

Onun sözlərinə görə, 2017-ci ilin ikinci yarısında 3 ana ölümü baş verib, onların baş vermə səbəblərinin araşdırılması üçün Doğuşayardım Komissiyasına təqdimat hazırlanır: "Yaxın müddətdə Komissiyanın növbəti iclasında həmin ana ölümlərinin səbəbləri araşdırılacaq”.

S. Məmmədova qeyd edib ki, ana ölümlərinə görə tibb işçiləri cəzalandırılır: "Lakin biz Doğuşayardım Komissiyasında ancaq həkimin vəzifə borclarını layiqincə yerinə yetirib-yetirmədiyi, tibbi yardımın göstərilməsini təhlil edirik. Komissiya sadəcə olaraq, həkimin fəaliyyətini, habelə təşkil olunan yardımın keyfiyyətini qiymətləndirir.

Mərhuma hamiləliyin ilk günündən başlayaraq 9 ay ərzində, doğuş zamanı, doğuşdan sonra qulluq göstərən hər bir tibb işçisinin fəaliyyətinə tibbi cəhətdən qiymətləndirmə verilir. Komissiyanın qərarı Tibbi Yardımın Təşkili Şöbəsinə, həkimin çalışdığı müəssisənin rəhbərliyinə göndərilir. Tibb işçilərinin cəzalandırılması isə Tibbi Yardımın Təşkili Şöbəsi və Baş Prokurorluq tərəfindən həyata keçirilir”.

Qeyd edək ki, ötən gün Bakıdakı 7 saylı doğum evində Turanə Məmmədova dünyasını dəyişib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildiriblər ki, T. Məmmədova xroniki qeposkiya diaqnozu ilə doğum evinə gətirilib, o, 4 iyul tarixində qeysəriyyə kəsiyi ilə əməliyyat olunub və 3,3 kq çəkidə diri oğlan uşağı azad olub: "Lakin əməliyyatdan sonra uşaqlıqda kəskin qanaxma baş verib. Bütün lazımi reanimasion tədbirlərin görülməsinə baxmayaraq, zahılıq dövrünün birinci sutkasında qadın ölüb”.

Qeyd olunub ki, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən müvafiq araşdırma aparılaraq ictimaiyyətə əlavə məlumat veriləcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol