• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda yeni müharibə başlaya bilər

Qarabağda yeni müharibə başlaya bilər
05.07.2017 16:58
Ermənistanın Füzuli rayonunun Alxanlı kəndinə hücum edərək, dinc insanları öldürməsinə görə Qarabağda yeni müharibə başlaya bilər.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov "Vestnik kavkaza” saytına açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu hadisə Bakının mövqeyini kəskinləşdirəcək: "Nənənin və nəvənin həlak olması Azərbaycan xalqının qəzəbinə səbəb oldu. Azərbaycan bu təxribata adekvat cavab verəcək. Hesab edirəm ki, Qarabağda "aprel müharibəsi” modeli üzrə yeni toqquşmalar baş verə bilər və bu dəfə daha ciddi miqyasda olması mümkündür. Ehtimal ki, İrəvan müharibəyə başlamaq üçün ən sərfəli anı seçib”.

S.Markov Alxanlıda 2 yaşlı Zəhranın və nənəsinin qətlə yetirilməsini Xocalı soyqırımı ilə müqayisə edib.

"Qoşunların təmas xəttində yalnız azərbaycanlılar yaşayır. Ermənistan işğal etdiyi rayonları gələcək mübadilə üçün boş saxlayır. Bu hücumun Xocalı üslubunda məqsədyönlü törədildiyi görünür. Təmas döyüşlərin yenilənməsi praktiki olaraq qaçılmazdır. Həmsədrlər yeni döyüşlərin başlanmaması üçün aktivləşməlidir. Çünki vəziyyət istənilən an tammiqyaslı müharibəyə çevrilə bilər”, - deyə o bildirib.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol