BDU-nun Jurnalistika fakültəsinə yeni dekan seçildi – FOTO

Bakı Dövlət Universitetində (BDU)yeni təyinat olub. Modern.az-ın əldə etdiyi məlumata görə, universitetin Beynəlxalq Jurnalistika kafedrasının müəllimi Vüqar Zifəroğlu Jurnalistika fakültəsinin dekanı seçilib.
anews.az modern.az-a istinadən xəbər verir ki, universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova faktı təsdiqləyib.
P.İbrahimova V.Zifəroğlunun bu gündən vəzifəsinin icrasına başladığını bildirib.
Qeyd edək ki, V.Zifəroğlu mayın 12-də dekan əvəzi təyin olunmuşdu. Ona qədər BDU-nun Jurnalistika fakültəsinin dekanı vəzifəsini müvəqqəti olaraq Cahangir Məmmədli icra edirdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























