• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda şəhid bulağının yerində kababxana açıldı

Bakıda şəhid bulağının yerində kababxana açıldı
10.07.2017 09:39
Yasamalda "Şəhid bulağı” sökülərək, yerində kababxana-pivəxana açılıb.

Oxu.az-a daxil olan məlumata əsasən, sözügedən ərazi Yeni Yasamalda - Talıblı və Şərifzadə küçələrinin kəsişməsində yerləşir.

Məlumatda qeyd edilib ki, həmin ərazidə Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə bulaq kompleksi tikilmişdi. Bir müddət əvvəl ərazinin bir hissəsi zəbt edilərək, "Qarabağ” adlı kababxana açılıb, eyni zamanda, mal əti satışı ilə məşğul olmağa başlanılıb.

May ayının sonlarında şəhidin adına olan bulaq bir gecə içərisində sökülüb, yerinə masalar düzülərək ərazi kababxananın tərkibinə qatılıb.

"Ərazidə yaşayan qonşuların dəfələrlə irad bildirməsinə baxmayaraq, sahibkar və orada çalışanlar insanları hədələyir, onlarla aqressiv davranırlar”, - şikayətçilərdən biri redaksiyaya yazdığı məktubunda qeyd edib.

Bu gün redaksiyanın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün, sözügedən əraziyə yollanıb. Onun verdiyi məlumata əsasən, bulaq, həqiqətən də, sökülüb.

Ancaq o bunun səbəbini öyrənməyə cəhd etsə də heç bir nəticə əldə edə bilməyib. Müxbir obyekt əməkdaşları tərəfindən təzyiqə və təhqirə məruz qalıb. Özünü Haci kimi təqdim edən obyekt əməkdaşı, bulağın sökülməsi və yerində obyektin tikintisi üçün heç kimdən icazə almadıqlarını, bütün bu işləri özbaşına həyata keçirtdiklərini bildirib.

Məsələ ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət edilib.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol