Bakıda qadınlara hücum çəkən şəxs yaxalanıb

Bakıda qadınların qızıl boyunbağılarını soyğunçuluq yolu ilə ələ keçirən şəxsi polis saxlayıb.
DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, iyul ayının 6 və 7-də Nizami rayonu ərazisində metronun "Neftçilər” stansiyasının yaxınlığında naməlum şəxs Bakı şəhər sakini olan iki qadına qarşı zor tətbiq edib onların qızıl boyunbağısını götürərək hadisə yerindən qaçıb.
Nizami Rayon Polis İdarəsi (RPİ) 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Vüsal Rzayev saxlanılaraq istintaqa təqdim olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























