• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Hacı Cavad məscidini sökən məmurlardan biri öldü

Bakıda Hacı Cavad məscidini sökən məmurlardan biri öldü
11.07.2017 12:00
Xəbər verildiyi kimi, bu il aprelin əvvəlindən sökülməsi barədə məsələ gündəmə gəlmiş, Yasamal rayonu Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidi iyunun 30-dan 1-nə keçən gecə söküldü. 

İlk günlər ibadətgahın sökülməsinə edilən cəhdlər məscid icması tərəfindən kəskin etirazla qarşılanmışdı. O zaman Prezident İlham Əliyev Hacı Cavad məscidi ilə bağlı problemin ciddi araşdırılmasına göstəriş verdi. Nəhayət, iyun ayında məscidin sökülüb, həmin rayonun ərazisində yeni ünvanda, Abbas Mirzə Şərifzadə küçəsində təməlinin qoyulmasına qərar verildi. 

Bir çox dairələr əvvəlcədən  möminlərlə məsləhətləşmədən məscidin  sökülməsinə edilən cəhdlərin ölkədə İslam Həmrəyliyi ili elan edildiyi, İslam Həmrəyliyi oyunları keçiriləcəyi bir ərəfədə dövlət-din qarşıdurması yaratmaq istəyən xarici və daxili qüvvələrin təhriki ilə edildiyini hesab edirdi. Hətta Yasamal Rayon İcra Hakimiyyəti başçısı İbrahim Mehdiyevin  bu günlərdə vəzifəsindən azad edilməsini bu amillə əlaqələndirənlər də var. 

anews.az xəbər verir ki, İmam Hüseyn məscidinin axundu Hacı Əbdülün Moderator.az-a verdiyi məlumata görə, Hacı Cavad məscidinin sökülməsindən cəmi bir neçə gün sonra aprelin əvvəlindən bəri bu prosesdə fəal iştirak etmiş, Yasamal  RİH başçısı İbrahim Mehdiyevin yaxın adamlarından biri, məscidin  yerləşdiyi ərazi üzrə 43 saylı Mənzil İstismar İdarəsinin rəisi Yusif Əhmədov səhər saatlarında iş  otağında gözlənilmədən vəfat edib 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol