• $
  • €
  • ₽
  • ₺
  • £

“Skype”ın fəaliyyətində ciddi nasazlıq yaranıb

“Skype”ın fəaliyyətində ciddi nasazlıq yaranıb
11.07.2017 22:00
"Skype” istifadəçiləri proqramın fəaliyyətində yaranan nasazlıqdan şikayətlənməyə başlayıblar.

anews.az ICTnews-a istinadən bildirir ki, "Microsoft” korporasiyası problemin mövcudluğunu etiraf etmək məcburiyyətində qalıb.

Korporasiya nümayəndələrinin sözlərinə görə, əksər istifadəçilər qrup şəklində olan zənglərdə problemlərlə üzləşib, bəziləri dostlar siyahısına istifadəçilərin əlavə olunması zamanı ciddi yubanmalarla rastlaşıb. Həmçinin, istifadəçilər avtorizədə çətinliklərin yaranmasını və bildirişlərin göndərilməsinin qeyri-mümkünlüyünü qeyd ediblər.  

"Skype” şirkəti nasazlığa nəyin səbəb olması barədə açıqlama verməsə də, servisin işinin yaxşılaşdığını bildirir.

"Microsoft” korporasiyasının məlumatına görə, bəzi istifadəçilər problemlərlə üzləşməkdə davam edir.

Xatırladaq ki, iyunun 19-da "Skype” proqramının fəaliyyətində qlobal nasazlıq yaranmışdı. Messencerlə bağlı problemlər haqqında məlumatlar iyunun 20-21-dək sosial şəbəkələrdə yayılmaqda davam etmişdi.

2016-cı ilin martında proqramın işində daha bir qlobal nasazlıq baş vermişdi.

Ən böyük nasazlıq isə 2015-ci ilin sentyabrında qeydə alınıb. Altı saat davam edən problem Rusiya, ABŞ, Vyetnam, Yeni Zelandiya, Danimarka, Hindistan və digər əksər ölkələrin istifadəçilərini əhatə edib.

Qeyd edək ki, "Skype Technologies” şirkəti 2003-cü ildə isveçli Niklas Zennstrem və danimarkalı Yanus Friis tərəfindən təsis edilib. 2010-cu ildə sistem istifadəçilərinin sayı 660 milyon nəfərə çatıb. 2011-ci ildə "Microsoft” korporasiyası "Skype”ı  8,5 milyard dollara satın alıb. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol