• $
  • €
  • ₽
  • ₺
  • £

Niyə Azərbaycanda “All inclusive” təklif edilmir?

Niyə Azərbaycanda “All inclusive” təklif edilmir?
11.07.2017 19:20
Dünyada turizmin inkişafı və yeni marşrutların tapılması hələ də aktualdır. Artıq ölkələr bu sektorda rəqabətli xidmətlər təklif edirlər. Bunun üçün hər bir ölkə və turizm obyektləri turistlər üçün maksimum sərfəli şərtlər yaradırlar. Məsələn, Türkiyədə yerləşən mehmanxanaların üstün cəhətlərindən biri müştərilərə "all inclusive” xidməti təqdim etməsidir. Bu xidmət turistə imkan verir ki, hoteldə qaldığı müddətdə həm içkilərdən, həm də yeməklərdən istədiyi vaxt pulsuz istifadə edə bilsin.

anews.az xəbər verir ki, Fins.az Azərbaycanda yerləşən mehmanxanalarda bu xidmətin olub-olmadığını araşdırıb. Məlum olub ki, belə bir xidmət yoxdur. Baxmayaraq ki, ölkədəki hotellər kifayət qədər turist qəbul edir.

Hotellər və Restoranlar Assosasiyasının rəhbəri Samir Dübəndinin sözlərinə görə, bu cür xidmət daha çox resort tipli məkanlarda mövcuddur.

Azərbaycanda bu cür yerlərin "barmaq sayı” qədər olduğunu deyən S.Dübəndi "all inclusive” xidmətinin yerli hotellərimizə xeyir vermədiyini bildirib.

Ekspertin sözlərinə görə, Türkiyədə çimərlik mövsümü mart ayından başlayıb oktyabra yaxın bitdiyi halda, bizdə mövsüm elə də uzun olmur. Elə bu səbəbdən də bu cür xidmətlərin mehmanxanalara daha çox ziyan verə biləcəyi bildirilir.

S.Dübəndinin fikrincə, çimərlikləri yetərincə inkişaf etdirmək lazımdır: "Bunu üçün dəniz sahili və dəniz dibi də işlənməlidir ki, burada yetərincə istirahət mərkəzləri salınsın. Türkiyə bu yolu artıq 15-20 il bundan qabaq başlayıb və çoxdan bu cür çətinlikləri geridə qoyub”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol