• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik “JEK” müdirini prokurorluğa verdi

Nazirlik “JEK” müdirini prokurorluğa verdi
13.07.2017 11:15
Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən növbəti araşdırma aparılıb.

Bu barədə Oxu.Az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, aparılan araşdırma zamanı Xətai rayonu, Əbilov küçəsi 12 ünvanında, yaşayış binasının yan tərəfindəki yaşıllıq sahəsində yaşköküstə 12-24 sm diametrliyində tut, dəfnə, zeytun, əncir cinsli 4 ədəd ağacın və 6 ədəd nar kolunun qanunsuz kəsildiyi aşkar edilib.

Ağacların ərazidə tikinti aparan Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Zahid Bədəlov tərəfindən kəsildiyi məlum olub. Lakin o, yaşıllıq sahəsində aparılan tikinti ilə bağlı hansısa bir sənəd təqdim etməkdən imtina edib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunaraq ağac və kolların məhv edilməsinə görə ona 6600 manat məbləğində cərimə tətbiq edilib.

Qanun pozuntusu ilə bağlı məsələyə hüquqi qiymət verilməsi və Z.Bədəlov barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Qeyd edək ki, hər hansı bir obyektin tikintisi ilə bağlı torpaq sahəsi ayıran orqan tərəfindən ərazidə yaşıllıq olub-olmaması nəzərə alınmalı, qanunvericiliyə uyğun olaraq həmin torpaq sahəsinin mövqe planı ETSN ilə əvvəlcədən razılaşdırılmalıdır. Lakin bu tələbə riayət edilmədən torpaq mülkiyyətçiləri tərəfindən torpaq sahələrinin ayrılması və tikinti aparılması nəticəsində yaşıllıqların məhvinə şərait yaradılır.
 
 
 
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol