Türkiyədə silah anbarında yanğın: 10 hərbçinin vəziyyəti ağırdır - FOTO

Türkiyənin Kilis vilayətində "Fərat qalxanı" əməliyyatında iştirak edən hərbçilərin qaldığı konteynerlərdən ibarət kazarmada yanğın baş verib.
anews.az Trend-ə istinadən xəbər verir ki, əsən güclü külək nəticəsində yanğın silah anbarına keçib, bir sıra döyüş sursatları partlayıb.
Qatı tüstüdən zəhərlənən 10 hərbçi xəstəxanaya yerləşdirilib.
Yanğının söndürülməsinə helikopter də cəlb olunub.
Hazırda hansı səbəbdən baş verdiyi araşdırılan yanğın söndürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























