• $
  • €
  • ₽
  • ₺
  • £

General oğlunu ağır cəzalandıran yol polisinin vəzifəsi artırıldı

General oğlunu ağır cəzalandıran yol polisinin vəzifəsi artırıldı
13.07.2017 17:20
Bakı şəhər Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi edilib.

anews.az avtosfer-ə istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usuobovun əmri ilə İdarənin Axtarış şöbəsinin rəisi, polkovnik-leytenant Zaur Cəfərov tutduğu vəzifədən azad edilib.

O, Baş Dövlət Yol Polisi İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilib. Bakı şəhər DYP-nin inspektoru, polis mayoru Yasir Qurbanov isə İdarənin Axtarış şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Zaur Cəfərov əvvəllər Səbail rayon DYP-nin rəisi olub. Bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək sərəncama göndərilmişdi.

Yasir Qurbanovun adı isə son günlərin gündəmi sayılan general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun işində hallanır. Avtosfer.az hələ bir neçə ay öncə məlumat vermişdi ki, Bakıda generallardan birinin oğlu avtoxuliqanlıq etdiyi üçün sürücülük hüququndan məhrum edilib. O vaxt həmin generalın kimliyi barədə geniş məlumat almaq mümkün olmasa da, dünən ortaya çıxan rəsmi faktlar göstərdi ki, həmin general oğlu Rüstəm Orucov imiş.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, dəfələrlə avtoxuliqanlıq etdiyi üçün saxlanılan Rüstəm Orucov atasının dəstəyi ilə məsuliyyətdən kənarda qala bilirmiş. Lakin sonuncu dəfə onun işi mayor Yasir Qurbanovun əlinə düşüb. İşində qətiyyət göstərən Yasir Qurbanov general Novruzəli Orucovun basqılarına baxmayaraq, öz işini qanun çərçivəsində görüb və məhkəməyə tutarlı faktlar təqdim edib. General Novruzəli Orucov məhkəməyə də təsir etməyə çalışsa da, hakim yol polisinin təqdim etdiyi sübutları əsas götürərək general oğlu Rüstəm Orucovun sürücülük hüququnu 2 il müddətinə məhdudlaşdırıb.

Əslində, həmin vaxt generalın oğlu inzibati qaydada həbs də oluna bilərdi. Lakin atası buna imkan verməyib. Yol polisinin inadkarlığını görən general Novruzəli Orucov oğlunun sürücülük hüququnun bərpa edilməsi üçün yuxarı instansiyalara şikayət etsə də, istəyinə nail ola bilməyib və qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Baş Prokurorluğun Rüstəm Orucovla bağlı yaydığı rəsmi açıqlamada da onun sürücülük hüququ olmadan avtomobil idarə etdiyi təsdiq olunur.

General Novruzəli Orucov isə prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunandan sonra verdiyi açıqlamada övladını ərköyün böyütdüyünü və bununla da səhvə yol verdiyini etiraf edib.

Bəlkə də, bir neçə ay öncə general Orucov yol polisinə qarşı dirəniş göstərib övladını müdafiə etməsəydi, qanun qarşısında cavab verməsinə imkan versəydi, bu gün nə özü işdən azad olunardı, nə də oğlu həbs edilərdi...

P.S. Yol polisinin məmur övladlarına qarşı yumşaq davrandığını deyənlər də unutmasın ki, "avtoş” Rüstəm Orucovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılanda onun atası general Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini idi. Lakin qanun qalib gəlmişdi...

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol