• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada ən nazik oyun noutbuku təqdim edildi – FOTOLAR

Dünyada ən nazik oyun noutbuku təqdim edildi – FOTOLAR
14.07.2017 13:20
"Asus” şirkəti "ROG Zephyrus” adlı noutbukunun satışına başlayıb. İstehsalçının bəyanatına görə, "ROG Zephyrus” qurğusu "Nvidia GeForce GTX 1080” qrafik kartı ilə təchiz edilmiş ən nazik oyun noutbukudur. Qurğunun qalınlığı 16,9 mm-dir. Müqayisə üçün, "MacBook Pro” noutbukunun qalınlığı 15,5 mm-dir.

anews.az ICTnews Elektron Xəbər Xidmətinə istinadən xəbər verir ki, yeni noutbuk "Intel Core i7-7700HQ” prosessoru, 1920x1080 piksel təsvir ölçülü 15,6 düymlük diaqonallı displey və "Nvidia G-Sync” adaptiv sinxronlaşdırma texnologiyası ilə təchiz edilib.

"ROG Zephyrus” noutbukunun əsas özəlliklərindən biri "Active Aerodynamic System” adlı soyutma sistemidir. Noutbuk işlək vəziyyətdə olduqda sözügedən soyutma sistemi hava axınını artıran və daha yaxşı soyutmağa imkan verən xüsusi hava dəliyi açır.

Klaviatura eyni anda 30-dək toxunuşu "tanıyır” və "Aura RGB” arxa işıqlandırıcısı ilə təchiz edilib. Sensor idarəetmə klaviş blokundan sağ tərəfdə yerləşir.

"ROG Zephyrus” noutbuku, həmçinin "Thunderbolt 3” və "USB 3.1” interfeysləri tərəfindən istifadə edilən "USB-C” konnektoru və 4 ədəd "USB 3.1” portu ilə təchiz edilib. Cihazın çəkisi təxminən 2,2 kq-dır.

512 QB-lıq SSD daşıyıcı ilə təchiz edilmiş "ROG Zephyrus GX501VI-XS74” modelinin qiyməti 2699 dollar təşkil edir. Müqayisə üçün, yüksək konfiqurasiyaya malik  "MacBook Pro” noutbuku  2799 dollara təklif edilir.
 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol