• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD Ukrayna-Rusiya sərhədlərində: Yeni DÖYÜŞ MEYDANI – VİDEO

İŞİD Ukrayna-Rusiya sərhədlərində: Yeni DÖYÜŞ MEYDANI – VİDEO
14.07.2017 13:40
Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Xarkov şəhərində İŞİD terror qruplaşmasının iki üzvünü saxlayıb.

Publika.az xəbər verir ki, bu haqda yerli "NewsRoom” nəşri yazıb.

Hadisə "Karvan” ticarət mərkəzinin avtodayanacağında dünən saat 19:30 radələrində baş verib. Hadisə şahidləri deyirlər ki, mülki geyimdə olan iki vətəndaş biri qeyri-slavyan görünüşünə malik iki nəfərə yaxınlaşaraq onlardan uzanmağı tələb edib.

"Bundan sonra saqqalı şəxs avtomobilin yük yerinə atıldı və ikinci qaçmağa başladı. Saqqallı bir müddət sonra maşından düşdü. Atəş səsləri eşidildi və qaçan şəxs yıxıldı”, - şahidlərdən biri danışıb.

İlkin informasiyaya görə, güllə qaçan İŞİD üzvünün ayağına dəyib və həyatı üçün heç bir təhlükə yoxdur.

Hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi əməliyyat nəticəsində iki İŞİD terrorçusunu saxlanılıb. Nəşrin hüquq-mühafizə orqanlarındakı mənbələri də həmin informasiyanı təsdiq edib.

Öz növbəsində, Ukrayna Təhlükəsizlik Xidmətinin Xarkov vilayəti üzrə idarəsinin mətbuat mərkəzinin rəhbəri Vladislav Abdul bildirib ki, saxlanılanlardan biri beynəlxalq axtarışda idi. Digər İŞİD üzvü ilə bağlı informasiya yoxlanır.

Qeyd edək ki, bu, İŞİD üzvlərinin Ukraynada olması barədə ilk xəbər deyil. Krımın "baş nazirinin müavini" Ruslan Balbek ötən gün Fransa parlamentinin üzvləri ilə görüşdə deyib ki, Krım yarımadasının şimal sərhədlərində, Ukraynanın Xerson vilayətinin cənubunda İŞİD terror təşkilatının təlim düşərgələri açılıb.

"Bizə Ukraynanın Xerson vilayətində təlim düşərgələrinin olduğu məlumdur. Düşərgələrdə İŞİD tərəfdarlarını hazırlayırlar", - o deyib.

Onun sözlərinə görə, Ukrayna ərazisində yerləşən atom elektrik stansiyaları radikallar vasitəsilə Kiyev hakimiyyətinin şantaj obyekti ola bilər: "Hansı ki, bu, həm Avropa, həm də Rusiya üçün təhlükəsizlik əsələlərini ortaya çıxarır".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol