• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda doğuş faciəsi - CİNAYƏT İŞİ AÇILDI

Bakıda doğuş faciəsi - CİNAYƏT İŞİ AÇILDI
14.07.2017 12:04
Bakıda 33 yaşlı qadının doğuş vaxtı ölməsi hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb.

anews.az lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu, Yusif Səfərov küçəsi 12 ünvanında yerləşən Respublika Perinatal Mərkəzində Şamaxı rayon sakini, 1984-cü il təvəllüdlü Bəkirova Kəmalə Kazım qızının doğuşdan bir neçə saat sonra vəfat etməsi hadisəsi ilə bağlı Cinayət Məcəllsəinin 314.2-ci (Səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
 
Bu arada o da məlum olub ki, K.Bəkirova ilə birgə dünyaya gətirdiyi oğlunun vəfat etməsi ilə bağlı məlumat yanlışdır. Belə ki, Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə ana və övladının doğuş vaxtı ölməsi barədə məlumat daxil olub. Dərhal məsələ ilə bağlı araşdırmalara başlanılıb və körpənin sağ olduğu, həyatına təhlükə qalmadığı üzə çıxıb.
 
Bildirilir ki, 33 yaşlı K.Bəkirova Şamaxı rayonunda yaşayıb və 2 övlad anasıdır. Üçüncü hamiləliyi çox ağır keçdiyindən Şamaxı rayon Xəstəxanası onu daha ixtisaslaşmış tibb müəssisəsi olan Perinatal Mərkəzə yönləndirib. İyulun 11-də gecə saatlarında qadın Bakıda 3-cü övladını dünyaya gətirib. Bir neçə saat sonra isə doğuşun fəsadları nəticəsində o vəfat edib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol