• $
  • €
  • ₽
  • ₺
  • £

Paytaxtda ağacların kəsilmə təhlükəsi olan ərazi nəzarətə götürüldü

Paytaxtda ağacların kəsilmə təhlükəsi olan ərazi nəzarətə götürüldü
14.07.2017 17:40
Paytaxtda ağacların kəsilmə təhlükəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olmuş şikayət araşdırılıb.

anews.az xəbər verir ki, bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Bildirilir ki, ETSN-in "Qaynar xətt"inə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 162 və 174 saylı binaların sakinləri tərəfindən sözügedən yaşayış binalarının ətrafındakı ağacların kəsilmə təhlükəsi ilə bağlı daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən şikayətçilərin iştirakı ilə yerində araşdırılıb.

Araşdırma zamanı Yasamal rayonu, Şərifzadə küçəsi 162 və 174 saylı ünvanlarda yerləşən istismar müddəti başa çatmış beşmərtəbəli yaşayış binalarının sökülməsinə və sökülmüş binaların yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahələrinin müvafiq olaraq "Sky Recidence" və "Qismət-M Construction" MMC-lərə ayrılmasına Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam verildiyi müəyyən olunub.

Əraziyə keçirilən baxış zamanı 162 saylı binanın ətrafındakı yaşıllıq sahəsində yaş köküstə müxtəlif cinsli və diametrli 171 ağacın və 43 kol bitkisinin, 174 saylı binanın ətrafındakı yaşıllıq sahəsində isə yaş köküstə müxtəlif cinsli və diametrli 162 ağacın və 22 kol bitkisinin olduğu məlum olub. Ərazidə ağac və kol bitkilərinin kəsilməsi faktına rast gəlinməyib. Lakin söküntü və tikinti işləri aparılacağı təqdirdə ərazidə mövcud olan ağacların əksər hissəsinin məhv ediləcəyi istisna olunmur.

Ərazidəki yaşıllıqların mühafizəsinin təmin edilməsi ilə bağlı ETSN tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə, "Sky Recidence" və "Qismət-M Construction" MMC-lərə məktub göndərilib. Ərazi nəzarətə götürülüb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol