• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət İmtahan Mərkəzinin səlahiyyəti artırıldı

Dövlət İmtahan Mərkəzinin səlahiyyəti artırıldı
15.07.2017 12:40
Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxsin Nizamnaməsində dəyişikliklər edilib.

Mərkəzdən Milli.Az-a verilən məlumata görə, dəyişikliklərdən sonra DİM ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələri ilə yanaşı "bakalavriat səviyyəsində hazırlıq qruplarına" mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirəcək.
 
DİM eyni zamanda bakalavriat səviyyəsində hazırlıq qruplarına keçid ballarını müəyyən edəcək (Təhsil Nazirliyi ilə razılaşdırmaqla) və həmin qruplarda tədrisin sonunda buraxılış imtahanlarını keçirəcək.
 
Dəyişiklik nəticəsində Nizamnamənin  1.1-ci yarımbənddə "ali və orta ixtisas təhsili müəssisələrinə"  sözlərindən sonra ", bakalavriat səviyyəsində hazırlıq qruplarına" sözləri, 2.1.2-ci yarımbənddə "səviyyələrinə" sözündən sonra "bakalavriat səviyyəsində hazırlıq qruplarına" sözləri, 2.1.3-cü yarımbənddə "keçid ballarını" sözlərindən sonra "bakalavriat səviyyəsində hazırlıq qruplarına keçid ballarını" sözləri əlavə edilib.
 
Eyni zamanda 2.1.3-1-ci yarımbəndə "2.1.3-1. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda buraxılış imtahanlarını keçirir;"; 3.1.10-cu yarımbənddə "keçirmək" sözündən sonra ", ödənişli elektron xidmətlər göstərmək" sözləri, 3.1.10-1-ci yarımbəndə təsərrüfat cəmiyyətləri yaratmaq;" sözləri əlavə olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol