• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda avtomobil qaçıran 2 yeniyetmə saxlanılıb

Bakıda avtomobil qaçıran 2 yeniyetmə saxlanılıb
15.07.2017 19:00
Bakıda iki yeniyetmə avtomobil qaçırıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyulun 14-də səhər saat 8.00 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə Səbail rayonunun R.Rza küçəsindən "Toyota" markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Səbail Rayion Polis İdarəsinin 39-cu Polis Bölməsinə dəvət olunan zərərçəkmiş Kamran Səlimov izahatında axşam evə qayıdarkən avtomobilini park etmək üçün açarları dayanacağın gözətçisinə verdiyini deyib. Gözətçi isə maşın sahibinin açarı səhər götürməsi üçün yaxınlıqdakı mağazanın satıcısına verdiyini bildirib.

Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə edilməklə avtomobilin Yasamal rayonu istiqamətində getdiyi müəyyənləşdirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil H.B.Zərdabi küçəsində saxlanılmış vəziyyətdə tapılıb. Bir qədər sonra maşına yaxınlaşan 2 yeniyetmə polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq avtomobillə birlikdə 39-cu Polis Bölməsinə gətiriliblər.
Araşdırmalarla onların Bakı şəhər sakini R.T və Mingəçevir şəhər sakini R.Ə. olmaları müəyyən edilib.

Onlar törətdikəri əməli etiraf ediblər. Müəyyən edilib ki, iyulun 14-nə keçən gecə saat 4.30 radələrində siqaret almaq üçün Səbail rayonunun R.Rza küçəsindəki mağazaya girən yeniyetmələr satıcının məşğul olmasından istifadə edərək orada olan avtomobil açarını götürüb uzaqlaşıblar və az sonra həmin avtomobili taparaq qaçırıblar.

Faktla əlaqədar Səbail RPİ-nin İstintaq şöbəsində araşdırma aparılır. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol