• $
  • €
  • ₽
  • ₺
  • £

Bülletenə çıxan şəxslər üçün dəyişikliklər gözlənilir

Bülletenə çıxan şəxslər üçün dəyişikliklər gözlənilir
18.07.2017 11:15
Rusiyada xəstəlik vərəqələrinin elektron qaydada verilməsi planlaşdırılır.

anews.az Trend-ə istinadən xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedev hesab edir ki, bu sistem ənənəvi "kağız sistemi”ndən daha səmərəli olacaq. 

Çünki yeni elektronlaşdırma sistemi sayəsində həm vətəndaşlar xəstəlik vərəqəsi almaq üçün poliklinikalarda növbəyə durmalı olmayacaqlar, həm də kağıza qənaət ediləcək.

Elektron bülletenlər əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə veriləcək.

Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə Trend-ə bildirib ki, hazırda Mərkəzdə bülletenlərin elektron qaydada verilməsi üçün iş aparılmasa da, bülletenlərin verilməsi və təqdim edilməsi ilə bağlı prosesin müəyyən mərhələsinin elektronlaşdırılması məqsədi ilə hazırlıq işləri aparılır: "Bülletenə çıxarkən həkim şəxsin sağlamlıq vəziyyətini mütləq əyani müayinə etməlidir. Elektronlaşdırma o demək deyil ki, şəxs müayinə olunmadan bülletenə çıxa biləcək. 

Elektronlaşdırma bülletenlərin elektron reyestrinin yaradılması deməkdir”.

C.Əsədzadə qeyd edib ki, bülletenə çıxan işçiyə ödəniş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən aparılır. Ona görə də bülleten barədə məlumatlar ƏƏSMN-ə də lazım olur: 

"Elektron reyestr olduqda ƏƏSMN bülletenə çıxan şəxslər barədə məlumatı bu reyestrdən əldə edə bilər. Belə bir reyestr yaradılsa, ola bilər ki, bülletenə çıxmaq üçün poliklinikaya müraciət edərkən vətəndaşa kağız formasında bülleten verilməsin. Belə bir təcrübə əlilliyin təyini ilə artıq var. Əlilliyə göndəriş formasının vətəndaşlara artıq kağız daşıyıcıda verilməsinə ehtiyac qalmayıb. Vətəndaşa yalnız bildiriş verilir. Göndəriş isə elektron formada imzalanmış sənəd formasında elektron reyestrdə yerləşdirilir. Əlilliyin təyini zamanı reyestrdəki məlumatdan ƏƏSMN də istifadə edir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol