• $
  • €
  • ₽
  • ₺
  • £

Havadakı zərərli birləşmələri müəyyənləşdirən smartfon yaradılıb

Havadakı zərərli birləşmələri müəyyənləşdirən smartfon yaradılıb
19.07.2017 12:20
"AGM X2” smartfonunun rəsmən satışa çıxarılma müddətinin qeyri-müəyyən qalmasına baxmayaraq, insayderlər "MWC 2017” sərgisində nümayiş olunan qurğu haqqında məlumatları bölüşməkdə davam edirlər. Smartfon ikili ön kameraya havada uçan üzvi birləşmələrin (VOC) tərkibini monitorinq və təhlil etməyə imkan verəcək texnologiya ilə təchiz ediləcək.

anews.az bu barədə  ICTnews-a istinadən xəbər verir.

Elektron Xəbər Xidməti "AndroidInsider” resursuna istinadən yazır ki, bu maddələrin yüksək səviyyədə olması ölümlə nəticələnməsə də, ümumilikdə insan səhhətinə təsir göstərməklə başağrıları, süstlük və s. yaradır. Belə birləşmələrə, məsələn, karbohidrogen, aldehid, spirt, keton və terpentinlər aid edilir. 

Bundan başqa, internetdə "AGM X2” smartfonunun arxa panelində adi "IP68” əvəzinə "MIL-STD-810G” yazısına rast gəlinən şəkilləri yayılıb. Bu, ABŞ Silahlı Qüvvələrində istifadə olunan xüsusi hərbi standartdır. Bu isə o deməkdir ki, qurğu ekstremal yüklənmə şəraitinə davamlıdır, qeyri-standart vəziyyətlərdə və yüksək temperaturlarda istifadə oluna bilər.

Smartfonun akkumulyator tutumunun 6 min milliamper/saat təşkil edəcəyi gözlənilir. Bu göstərici "AGM X1” qurğusunda 5400 milliamper/saata bərabər olub. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol