• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı gəncdən etiraz - FOTOLAR

Azərbaycanlı gəncdən  etiraz -  FOTOLAR
24.07.2017 08:43
Aksiya zamanı Ermənistan səfirliyinin mühafizəçiləri təxribat törətməyə cəhd ediblər. Ağdamın işğalı ilə əlaqədar Ermənistanın Rusiyadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, aksiyanı Azərbaycan diaspor fəalı Səttar Qəmbərov təşkil edib.
 


O, əlində Azərbaycan bayrağı və "Biz azərbaycanlıyıq, Qarabağ bizim vətənimizdir, əlinizi Qarabağdan çəkin!” şüarları yazılan plakat tutaraq Ermənistan səfirliyinin qarşısında təkbaşına etiraz edib.

S.Qəmbərov bu addımı ilə Ermənistanın işğalçı dövlət olduğunu Rusiya ictimaiyyətinə göstərmək istədiyini bildirib: "Bu gün Azərbaycanın ayrılmaz hissəsi Ağdamın işğalı günüdür. Rusiya əhalisi Dağlıq Qarabağın- Ağdamın Azərbaycan ərazisi olduğunu, Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğunu bilməlidir. Rusiya televiziyaları, xəbər agentlikləri bu barədə heç nə göstərmir və yazmır. Kütləvi etiraz aksiyası keçirməyə də icazə vermirlər. Ona görə də bu yolla təkbaşına Ermənistan dövlətinə öz etirazımı bildirirəm. İşğalçı erməni ordusu Ağdamdan və digər işğal olunan torpaqlarımızdan çıxmalıdır".

Aksiya zamanı Ermənistan səfirliyinin mühafizəçiləri təxribat törətməyə cəhd ediblər. Azərbaycanlı gənc ermənilərin təxribatına uymayıb. Mülki geyimdə olan mühafizəçilərin aksiyanı dağıtmaq cəhdi baş tutmayıb. Azərbaycanlı diaspor fəalının aksiyası paytaxt sakinlərinin marağına səbəb olub.






www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol