• $
  • €
  • ₽
  • ₺
  • £

Bələdiyyənin 108 ağacını kəsən şəxslə bağlı cinayət işi açıldı

Bələdiyyənin 108 ağacını kəsən şəxslə bağlı cinayət işi açıldı
24.07.2017 12:03
Qax rayonunun İbaxlı kəndi ərazisində qovaq cinsli 108 ədəd ağacın kəsilməsi nəticəsində təbiətə 42.790 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsindən daxil olmuş material Qax rayon prokurorluğunda araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ilkin araşdırmalarla rayonun İbaxlı kəndi ərazisində Əlibəyli bələdiyyəsinin mülkiyyətində olan kənarları çəpərlənərək mühafizə olunmuş ərazidə qovaq cinsinə məxsus 108 ədəd ağacın həmin kəndin sakini Əhmədov Bəlyar Əliyar oğlu tərəfindən külli miqdarda ziyan vurmaqla qanunsuz kəsilməsində əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı Qax rayon prokurorluğunda 22 iyul 2017-ci il tarixdə Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, istintaqın aparılması aidiyyəti üzrə Qax rayon Polis Şöbəsinin İstintaq qrupuna tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol