• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid Kapitan Nəcməddin Savalanov

Şəhid Kapitan Nəcməddin Savalanov
29.05.2020 07:09

Kapitan Nəcməddin Savalanov
Nəcməddin Akif oğlu Savalanov(d.26 fevral1985;İmişli,Azərbaycan- ö. 8 may2016;Bakı,Azərbaycan) —Azərbaycan Silahlı Qüvvələrinin zabiti (kapitanı).2016-cı ildə Aprel döyüşləri  zamanı yaralansada, may ayında şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Həyatı
Nəcməddin Savalanov 1985-ci ilin 26 fevral günündə İmişli rayonunun  Göbəktala kəndində  anadan olub. Nəcməddin Savalanov ailəli idi, iki qız və bir oğlan övladı yadigar qalıb.
Hərbi xidməti
Kapitan Nəcməddin Savalanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı ayağından və çiynindən ağır qəlpə yarası aldı. Mayın 8-i Nəcməddin Savalanov Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat etdi.
Mayın 9-u isə Nəcməddin Savalanov doğulduğu İmişli rayonunun Göbəktala kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kapitan Savalanov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Nəcməddin Savalanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.
 
Həyatda çox yollar var. Tale yönümlü bu yolların, cığırların qovuşaraq birgə və yaxud ayrı-ayrılıqda son mənzilə çatacaq qəribə, müəmmalı, müxtəlif həyat tərzləri var. Bu yollardan biri və müqəddəsi də ölməzliyə, şəhidliyə aparan yoldur. Bu yolun yolçusu olmaq üçün ən ümdəsi, gərək damarlarında döyüşkən ulu babalarının saf qan daşıcıyıları ola. O toxumlar, o hüceyrələr min ilin yolçusu ola. Bu mütləqdir!
Biz bir şəhid, aprel döyüşlərində qəhramancasına həlak olmuş, N saylı Hərbi Hissədə Qərargah rəisi kapitan Nəcməddin Savalanov haqqında kiçik bir sənədli film hazırlamaq qənaətinə gəldik. Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurası layihə çərçivəsində bizi dəstəklədi. Beləliklə, biz şəhid Savalanovun izi ilə onun dünyasına aparan yolun sorağına çıxdıq. Balası 3 yaşlı Amiddən tutmuş anasınadək, qızları Leyla və Nuraydan başlamış, məktəbdən, eldən-obadan, dostlarından, Hərbi Ali məktəbdən, Korpusdan, Qərargah rəisi olduğu Hərbi Hissədən, aprel döyüşləri zamanı silahdaşlarından, şəhid Savalanovu sorduq, onun dünyasını axtardıq.
Anasından 3 yaşlı nəvəsinə əlləriylə hərbi forma hazırladığını, atalarının nəşi üzərində kiçik yaşlı uşaqların Vətən və Bayraq şerlərinin ifasında vətən sevgisini duyduq. Anası Nəcməddinin iç dünyasından danışdı, qarışıq yuxularından söhbət açdı. Yuxularında Xocalı soyqrımından, snayperə tuş gəlmiş şəhidlərimizin ruhundan, mənim də şəhidliyimə hazır olun deməsini eşitdk.
Beləcə addım-addım Nəcməddinin ruhunun arxasınca getdik. Yatdığı çarpayılara uzandıq, iş otağında, tədris mərkəzində, Hərbi Hissənin hər bir guşəsində onu duyduq, aradıq, hiss etdik və silahdaşlarından Nəcməddin haqqında rəvayətlərə bənzər igidlik və vətən sevgisinin şahidi olduq.
Allah sənə və bütün şəhidlərimizə rəhmət eyləsin. İnanırıq ki, amalı uğrunda vuruşaraq şəhid olduğunuz bu torpaqlar azad olunacaq. Çəkdiyimiz kiçik bu sənədli film, gələcəkdə böyük bədii filmin yaranacağına yol açacaqdır. (karabakhmedia.az)
www.anews.az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol