Bakıda binada yanğın

Bakıda yaşayış binasında yanğın olub.
anews.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verib.
Nəticədə binanın şaxtasından (10-cu mərtəbədən 11-ci mərtəbəyə qədər) keçən elektrik kabelləri 10 p.m yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas, 20 nəfər təhlükəsiz əraziyə təxliyə olunub və 3 nəfərə Təcili Tibbi Yardım Xidməti tərəfindən ilkin tibbi yardım göstərilib.
Mənzillər yanğından mühafizə olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























