Qazaxıstanın hərbi gəmiləri Azərbaycana yan aldı – FOTO

Hərbi-dəniz donanmasının qaydalarına görə, Qazaxıstan respublikasının Hərbi-dəniz qüvvələrinin gəmiləri təntənəli şəkildə Azərbaycan Respublikasının bazasının yerləşdiyi Puta limanına yan alıb.
anews.az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə "Delovoy Qazaxstan” ("İşgüzar Qazaxıstan”) nəşri məlumat yayıb.
"Sarıarka” raket-artilleriya gəmisi və "Qazaxıstan” raket-artilleriya gəmisi Azərbaycan ərazisində keçiriləcək ArMİ-2017 çərçivəsində gəmi heyətləri arasında beynəlxalq "Dəniz kuboku-2017” müsabiqəsində iştirak edəcək. "Dəniz kuboku” cari ilin avqust ayının 1-dən 11-nə qədər davam edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























