• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının məşhur şadlıq sarayının rəhbəri həbs edildi

Bakının məşhur şadlıq sarayının rəhbəri həbs edildi
27.07.2017 15:55
Bakının Nizami rayonu ərazisində "Karvan-K” istehsalat kommersiya şirkəti tərəfindən əsaslı tikinti işlərinin aparılması zamanı müxtəlif cinsli (şam, sərv və qarağac) 9 ədəd ağacın məhv edilməsi nəticəsində təbiətə 7.920 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində şirkətin direktoru Şirinov Vüqar İbiş oğlunun xidməti vəzifələrinin icrası ilə əlaqədar öz qulluq mövqeyindən sui-istifadə edərək üzərində hər hansı hüquqları olmayan torpaq sahəsindəki yaşıllıqların məhv edilməsi hesabına həmin şirkətin balansında olan "Planet” şadlıq sarayının arxa hissəsində yenidənqurma işləri aparmaqla, qabaqcadan əlbir olduğu fərdi əmək fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakinləri Salmanov Vasif Telman oğlu və Əhmədov Sadiq Rza oğluna verdiyi tapşırığa əsasən, sonuncuların həmin ərazidə 9 ədəd ağacı qanunsuz olaraq kəsmələrində əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı cinayət işi başlanıb.

V. Salmanov və S. Əhmədova Cinayət Məcəlləsinin 259.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə), V. Şirinova isə həmin məcəllənin 259.3-cü maddəsi ilə yanaşı, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol